Cristiano Ronaldo SKY kanalına müsahibəsində Real Madrid və Manchester United barədə danışıb.
- Mən artıq dəfələrlə bunu bildirmişəm, əgər Madrid istəsə daha 10 illik müqavilə də imzalamaga hazıram, kariyeramın sonunadək. Ancaq heç kim bilmir gələcəkdə nələr olacag.
Mən yenidən Premyer liqaya qayitmagima tamamən qapıları baglamıram, bu mənim tərəfimdən qeyri-ciddilik olar, dediyim kimi gələcəkdə nə olacag heç kim bilmir. İngiltərədə ən sevdiyim klub Manchester Uniteddir ama bu o demək deyil ki, mən ora qayıdacagima söz verirəm, çünki Madriddə çox xoşbəxtəm.
Manchester United-də qazandiqlarıma görə çox xoşbəxtəm və heç bir zaman orda keçirdiyim 6 ili unutmayacam. Manchester-də mənim dostlarım qaldı, Alex Ferguson isə mənim üçün 2ci atadı. O da Mourinho kimi mənim hərtərəfli inkişafımda əvəzedilməz rol oynayıb. Mənim fikrimcə dünyanın ən yaxşıları məhz o iki nəfərdir elə.
Manchester-lə baglı xoş xatirələrim qalıb, həmişə oyunlara baxanda nostalgia hiss edirəm. Mənim bir hissəm həmişəlik İngiltərədə qalıb. Madrid-ə gəldikdən sonra da ordakı dostlarımla münasibətim davam edir, imkan düşdükcə də Fergusonla sohbət edirik, heç vaxt onun xidmətlərin unutmaram.
Hər şeyin bir əvvəli və və bir sonu olur. Mən orda, Manchesterdə demək olar ki, hər şey qazandım ama mən daima yeni ugurlara can atıram. Madrid-ə keçməyimin səbəbi də burada yeni ugurlar qazanmagdı. Həmçinin, burada ailəmə daha yaxın oluram, klimat və dil də müəyyən rol oynadı. Ən əsas səbəb o idi ki, mən yeni ugurlar üçün həvəsliyəm.
No comments:
Post a Comment